Binokl

Dam prizmalı 8×42 binoklu

Binokl və ya durbin[1] — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir.

Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır.

Porro prizmalı tipik binoklun quruluşu
  1. Binokl və ya durbin Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine // Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, Şərq-Qərb. 2006.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search